İsveç Suriyaya dəstək üçün əlavə 7,71 milyon dollar ayırır

00:23 - 15 Fevral 2023 - DÜNYA

İsveç zəlzələdən sonra Suriyaya dəstək üçün əlavə 7,71 milyon dollar ayırır.

Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Suriyaya yardım BMT-nin təşkilatları, İsveç Qırmızı Xaç Cəmiyyəti vasitəsilə həyata keçirilir. Vəsait yanacaq, ərzaq, mənzil, səhiyyə və təcili yardım maşınlarına xərclənəcək.

İndiyədək krallıq Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə dəstək üçün ümumilikdə 11,28 milyon dollar ayırıb. 

Emin

Xəbər xətti