Yunanıstan Ukraynaya 20 ədəd "BMP-1" zirehli maşını təhvil verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yunanıstan Müdafiə Nazirliyi məlumat verib. Yunanıstanın müdafiə idarəsinin rəisi Nikolaos Panaqiotopulos bildirib ki, hərbi yardım paketinə döyüş sursatı da daxildir.
Eyni zamanda o, Afinanın Ukrayna xalqının Ukraynanın suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəsini dəstəkləməkdə davam edəcəyinə bildirib.