Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezidentlər telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələri müzakirə ediblər.
"Ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi ətraflı müzakirə edilib", - məlumatda deyilir.
Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib və Moskva, Bakı və İrəvan arasında razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.