Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Rusiya prezidentləri telefonla danışıb

22:37 - 14 Fevral 2023 tarixində dərc olunub.

 Rusiya prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub

Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Prezidentlər telefon danışığı zamanı ticarət-iqtisadi əməkdaşlığı, o cümlədən enerji və nəqliyyat sahələrində birgə layihələri müzakirə ediblər.

"Ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişaf perspektivləri, o cümlədən energetika və nəqliyyat sahələrində birgə layihələrin həyata keçirilməsi ətraflı müzakirə edilib", - məlumatda deyilir.

Putin və Əliyev Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib və Moskva, Bakı və İrəvan arasında razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. 

Müəllif: