Naxçıvan aeroportunda əməliyyat: Həbs olunan var

20:51 - 14 Fevral 2023 - HADİSƏ

Culfa Rayon Polis Şöbəsinin əməkdaşları Şərur Rayon sakini Asim Mustafayevi Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində şübhəli şəxs qismində saxlayıblar.

Bu barədə Ucnoqta.az-a Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, həmin şəxsin həkim müayinəsindən keçirilməsi nəticəsində  narkotik vasitələrin  yüksək miqdarda istehlakına görə  Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati xəta hakkında protokol tədbiq olunmuş və Babək Rayon Məhkəməsinin qərarına əsasən 40 (qırx) gün müddətində inzibatı həbs olunub.

Xəbər xətti