Rumıniya hava məkanında şübhəli obyekt aşkar edib
Ucnoqta.az xəbər verir ki, ABŞ və Kanadanın ardınca Rumıniya da hava məkanında şübhəli obyekt aşkarlayıb. Rumıniya Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Rumıniya Hərbi Hava Qüvvələrinin müşahidə sistemi ölkənin hava məkanında meteoroloji şara bənzəyən hava obyekti aşkar etdiyi və şübhəli obyektin 11 min fut yüksəklikdə uçduğu qeyd edilib.
Şübhəli obyektin aşkarlanmasından sonra 2 "MiG 21 LanceR" tipli döyüş təyyarəsinin havaya qalxdığı, döyüş təyyarələrinin obyektin aşkar edildiyi əraziyə 10 dəqiqə sonra gəldiyi, lakin obyektin mövcudluğunun ola biləcəyi təsdiq edilməyib.