ABŞ NATO-nun Ukraynaya yeni yardım paketini açıqlayıb

19:53 - 14 Fevral 2023 - DÜNYA

ABŞ NATO-nun Ukraynaya yeni yardım paketini açıqlayıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin bildirib. Ostin qeyd edib ki, Fransa və İtaliya Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri verəcək

NATO üzvlərinin Ukraynaya yeni hərbi və iqtisadi yardım paketinə Fransa və İtaliya tərəfindən tədarük ediləcək yeni hava hücumundan müdafiə sistemləri daxil olacaq, Norveç isə 7,5 milyard dollar köçürəcək. 

Pentaqonun rəhbəri əlavə edib ki, NATO müttəfiqləri Ukraynaya silah təchizatının sinxronlaşdırılması və Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyətinin hazırlığının standartlaşdırılmasını müzakirə edirlər.

Xəbər xətti