Almaniyadakı xeyriyyəçilərin Türkiyədə zəlzələdən zərərçəkənlər üçün yığdıqları yardımlar yandırılıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, İnsident Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində baş verib. Yığılan yardımı yandıranlar tutulmayıb.
Yanğınların PKK/YPG tərəfdarları tərəfindən törədildiyi iddia edilib. Hücum edənlər Türkiyə bayrağını da yandırıblar. 30 yanğınsöndürən 2 saatlıq mübarizədən sonra alovu söndürüb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Hücum edənlər hələ də tutulmayıb, onların kimliyi məlum deyil.
Emin