Rusiya ilə qonşu olan Çin əyalətinin sakinləri uçan naməlum obyekt (UNO) görüblər
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Çinin Heyloncuang əyalətinin sakinləri işıq saçan şarlar zənciri formasında səmada uçan UNO görüblər.
Mətbuatda bildirilir ki, fevralın 13-də Çinin Rusiya ilə qonşu əyalətlərindən birində UNO uçuşu qeydə alınıb. Hadisə şahidləri əşyaların adi uçurtma kimi görünmədiyini və bir-birinin ardınca işıqlandığını vurğulayıblar.