Ölkədə baş verən zəlzələlərdən sonra dağıntılar altında qalan 8 min insan xilas edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən Dünya Hökumət Sammitinin iştirakçılarına videomüraciətində bildirib. Ərdoğan qeyd edib ki, təəssüf ki, minlərlə evin dağıntıları altından təmizləndikcə, ölənlərin sayı artır:
"Ümumilikdə 8 mindən çox insan xilas edilib. 81 mindən çox insan xəsarət alıb ki, onların da əhəmiyyətli hissəsi artıq xəstəxanalardan evə buraxılıb”.
Emin