"Bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq" - Ərdoğan

14:12 - 14 Fevral 2023 - DÜNYA

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dünya Hökumət Zirvəsinə video müraciət göndərib.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident Ərdoğan fəlakətin yaralarını qısa zamanda sağaldılacağını bildirib:
"Bu fəlakət beynəlxalq həmrəyliyin əhəmiyyətini bir daha göstərdi. Qara gündə dostluğunuzu unutmayacağıq. Bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq.10 əyalətdə olan zəlzələlər böyük dağıntılara səbəb olub.

Fəlakətdən zərər çəkən əhalinin sayı 30 milyona çatıb. Axtarış-xilasetmə qrupları tərəfindən xilas edilənlərin sayı 8 mini keçib. Biz dövlətimizin bütün imkanlarını səfərbər etmişik. İnşallah, tezliklə dağılmış şəhərlərimizi bərpa etmək üçün səylərimizə başlayacağıq. Bu fəlakətin yaralarını ən qısa zamanda sağaldacağıq. Sizin hüzurunuzda gecə-gündüz komandalarımızı dəstəkləyən bütün dost və qardaş ölkələrə təşəkkür etmək istərdik. Yüz milyonlarla dost və qardaş bizə kömək əlini uzadıb."

Xəbər xətti