Ukrayna və ABŞ müdafiə nazirləri görüşüb

13:20 - 14 Fevral 2023 - DÜNYA

Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Almaniyanın Ramşteyn hərbi bazasında amerikalı həmkarı Lloyd Ostin ilə danışıqlar aparıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə UNIAN agentliyi məlumat yayıb. Agentlik görüşün təfərrüatlarını açıqlamayıb.

Reznikov qrupun çərşənbə axşamı keçirilən iclasında Kiyevə hərbi yardım, o cümlədən NATO ölkələrindən tankların tədarükü və Qərbdə Ukrayna qoşunlarının təlimi ilə bağlı məsələləri qaldırmaq niyyətindədir.

Qrupun Ramşteyn aviabazasındakı əvvəlki görüşü yanvarın 20-də baş tutub. 

Xəbər xətti