Türkiyədə rus və ukraynalı futbolçular arasında kütləvi dava olub

11:49 - 14 Fevral 2023 - HADİSƏ

Antalyada klubların mövsümöncəsi təlim-məşq toplanışı keçirdikləri otellərdən birində “Şinnik” və “Minay”ın futbolçuları arasında kütləvi dava olub.

Ucnoqta.az xəbər verir ki, klub yaxın vaxtlarda bununla bağlı açıqlama verəcək. Bildirilib ki, əvvəlcə “Minay”ın bir neçə nümayəndəsi “Şinnik”in rəhbərinə yaxınlaşaraq ondan Ukrayna himninin oxunmasını tələb etməyə başlayıb.
Otel işçiləri münaqişəyə müdaxilə edib və davanın böyüməsinin qarşısını alıblar. Bir müddət sonra Ukrayna klubunun bir neçə futbolçusu “Şinnik” oyunçusu ilə eyni liftə düşüb və onu döyüblər. Lakin lift mərtəbəyə çatanda rus və ukraynalı futbolçular arasında kütləvi dava düşüb.

Bildirilir ki, "Şinnik" və "Minay" oyuçuları müxtəlif otellərə paylanacaq. 

Xəbər xətti