Bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. Məlumata görə, Belarusda Rusiyanın "MiQ-31K" və "AWACS A-50U" təyyarələrinin uçuşu qeydə alınıb.
Xüsusilə də Kiyev və Kiyev vilayətində, Odessa və Nikolayev vilayətlərində, eləcə də ölkənin qərb və şərq rayonlarında həyəcan siqnalı verilib.