Rusiya ordusunun itkiləri artıb

11:01 - 14 Fevral 2023 - DÜNYA

Ukraynada müharibədə Rusiya ordusunun itkiləri artıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, ötən gün daha 1140 rusiyalı hərbçi həlak olub. Bununla da müharibənin başladığı bir il ərzində Rusiya tərəfinin canlı qüvvə itkiləri 139080-a çatıb.

Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 3 tankı, 8 zirehli maşını, 9 artilleriya sistemi, 2 təyyarəsi, 4 PUA,  5 avtomobil, 1 xüsusi texnikası məhv edilib.

Xəbər xətti