ABŞ-da universitetdə atışma - 3 nəfər ölüb

10:48 - 14 Fevral 2023 - DÜNYA

ABŞ-da Miçiqan Dövlət Universitetinin ərazisində atışma nəticəsində azı 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə universitetin təhlükəsizlik xidməti “Twitter” səhifəsində məlumat yayıb.

Yaralılar xəstəxanaya çatdırılıb.
Yerli polisin məlumatına görə, universitet ərazisində atəş açmaqda şübhəli bilinən şəxs ölü tapılıb. 

Xəbər xətti