Bakıda 33 yaşlı qadın özünü asıb

11:00 - 14 Fevral 2023 - HADİSƏ

Bakıda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsi, 12-ci küçədə qeydə alınıb.

Bu ünvanda yaşayan 33 yaşlı Qədirova Yeganə Altay qızı yaşadığı evdə özünü asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən intihar etməsi hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti