Ucarda ağır qəzada ölən yaralananların adları - FOTO (YENİLƏNİB)

10:52 - 14 Fevral 2023 - HADİSƏ

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini, 1959-cu il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi "Mercedes sprinter" markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR toqquşub. Nəticədə, 1 nəfər hadisə yerində ölüb, 6 nəfər xəsarət alıb.

1984-cü il təvəllüdlü Allahverdi Fizuli oğlu Haqverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik kimliyi məlum olmayan daha bir nəfər Ucar Mərkəzi Rayon Xəstəxanasına, 1979-cu il təvəllüdlü Rafiq Vaqif oğlu Qəhrəmanov, 1970-ci il təvəllüdlü Mahirə Hacıyeva və 1963-cü il təvəllüdlü Sevda Məmmədova isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.///apa


09:32

Ucarda ölümlə nəticələnən yol- nəqliyyat hadisəsi baş verib.

APA -nın xəbərinə görə, hadisə bu gün Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Cini kəndindən keçən hissəsində qeydə alınıb. Şəmkir rayon sakini 1959-cı il təvəllüdlü Şəmistan Aqil oğlu İsayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Abşeron rayon sakini, 1957-ci il təvəllüdlü Asif Balağa oğlu Hüseynovun idarə etdiyi TIR-la toqquşub.

Nəticədə, 1 nəfər hadisə yerində ölüb. Daha 3 nəfər - 1984-ci il təvəllüdlü Allahverdi Fizuli oğlu Hakverdiyev, 1972-ci il təvəllüdlü Şirin Pirverdi oğlu Ələkbərov və hələlik şəxsiyyəti məlum olmayan daha bir nəfər müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti