Türkiyədə baş verən güclü zəlzələlər nəticəsində dağıntılara məruz qalan Qaziantep vilayətinin Nurdağı şəhəri tamamilə söküləcək.
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə vali Osman Bilgin deyib. Osman Bilginin sözlərinə görə, əvvəllər 40 min nəfərin yaşadığı şəhər yenidən qurulacaq.
Bilgin əlavə edib ki, dağıntılar altında olan ərazilərdə axtarış-xilasetmə işləri davam edir.