İngiltərə kralının həyat yoldaşı Covid-19-a tutulub

00:09 - 14 Fevral 2023 - DÜNYA

İngiltərə kralı III Çarlzın həyat yoldaşı Kraliça Kamillanın Covid-19 testinin müsbət çıxdığı açıqlanıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya kral ailəsində Covid-19 aşkarlanıb. Bukinhem sarayının verdiyi açıqlamada İngiltərə kralı III Çarlzın həyat yoldaşı 75 yaşlı Kraliça Kamillanın Covid-19 testinin müsbət çıxdığı və testin kraliçanın soyuqdəymə əlamətləri göstərməsindən sonra aparıldığı bildirilib.

Kraliçanın peyvəndlərinin dolduğu, dincəldiyi, əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilib. Kral Çarlzın sağlamlıq durumu ilə bağlı heç bir məlumat verilməyib.

Qeyd edək ki, Kraliça Kamilla keçən ilin fevralında Covid-19-a tutulmuşdu.

Emin

Xəbər xətti