Gürcüstanda çimərlikdə dəniz minası partlayıb

20:47 - 13 Fevral 2023 - DÜNYA

Gürcüstanın Batumi şəhərində Qara dəniz sahilində suyun gətirdiyi dəniz minası partlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Rustavi-2” telekanalı məlumat yayıb.

Qeyd olunur ki, partlayış sahildən təxminən 25 metr aralıda baş verib, onun səsi hadisə şahidləri tərəfindən eşidilib.

Partlayış zamanı xəsarət alan olmayıb.

Xəbər xətti