ABŞ-nın “Lockheed Martin” şirkətinin beşinci nəsil F-35A Lightning II və F-35A Joint Strike Fighter qırıcıları ilk dəfə olaraq “Aero India 2023” beynəlxalq hava sərgisinin iştirakçısı olublar.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, bu, beşinci nəsil təyyarələrin Hindistanda ilk görünüşüdür.
Bundan əvvəl ABŞ-ın Hindistandakı hərbi attaşesi kontr-admiral Maykl L.Beyker “Times of India” qəzetinə bildirib ki, bu cür təyyarələrin tədarükü imkanları ilə bağlı hələ yüksək səviyyədə müzakirələr aparılmayıb.
Qeyd edilir ki, belə qırıcıların aviaşouda görünməsi Hindistan və ABŞ arasında sıx tərəfdaşlığın nümayişi deməkdir.
Emin