Ordubad rayonu ərazisində yeməkxanalardan birində ictimai qaydanı pozan vətəndaş barədə polisə məlumat daxil olub.
Naxçıvan DİN-dən Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları hadisə yerində olub, ictimai asayışı pozan Ordubad rayon sakini Samir Qurbanov saxlanılıb.
Samir Qurbanov barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Ordubad rayon məhkəməsinin qərarı ilə Samir Qurbanovun barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.