Rusiyanın səbri tükənə bilər ... - Kadırov

15:10 - 13 Fevral 2023 - DÜNYA

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynada xüsusi hərbi əməliyyat zamanı öz potensialından tam istifadə etmir.

Ucnoqta.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov “Rossiya-1” telekanalının “60 dəqiqə” proqramına müsahibəsində deyib. Çeçenistan rəhbəri qeyd edib ki, vəziyyət dəyişməsə, Rusiyanın səbri bitə bilər:

“Əgər biz ən azı 20% başlasaydıq, mövcud olan bütün şəhərlər, onların yerləşdirildiyi bütün yerlərdə heç kim qalmazdı” 

"Ukrayna xalqının öz nəticəsinə gəlməsinə icazə verməliyik. Əgər belə davam edərsə və ərazimizə atəş açsalar, onda səbr tükənəcək və bizə tez bitirmək əmri veriləcək”, - deyə Çeçenistan rəhbəri əlavə edib.

Emin

Xəbər xətti