Belarusda KTMT-nin üç təlimi keçiriləcək

14:15 - 13 Fevral 2023 - DÜNYA

2023-cü ildə Belarus ərazisində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üç təliminin keçirilməsi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bunu jurnalistlərə Belarus prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib.

"Hərbi sahədə mövcud imkanların gücləndirilməsi məqsədilə ilk növbədə təşkilatın kollektiv qüvvələrinin döyüş hazırlığının təmin edilməsinə yönəlmiş əməli addımlar nəzərdə tutulub. Bununla əlaqədar bu il Belarus ərazisində "Qarşılıqlı fəaliyyət", "Eşelon" və "Axtarış" üç təlimin keçirilməsi nəzərdə tutulub" - Tasmaqambetov bildirib.

Baş katib vurğulayıb ki, KTMT-nin möhkəm çoxfunksiyalı potensialı təşkilata müasir artan çağırış və təhdidlərin geniş spektrinə cavab verməyə imkan verir. 

Onun sözlərinə görə, KTMT-nin böyük regional və beynəlxalq strukturlarla, o cümlədən BMT, MDB, ŞƏT, ATƏT ilə əməkdaşlığı bundan sonra da davam etdiriləcək. 

Emin

Xəbər xətti