Rihanna ikinci dəfə hamilədir - FOTO

12:37 - 13 Fevral 2023 - MAQAZİN

Müğənni Rihanna ikinci hamiləliyini pərəstişkarlarına açıqlayıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, ilk doğuşundan doqquz ay sonra sənətçi yuvarlaq qarnını nümayiş etdirib.

Rihanna səhnəyə kifayət qədər böyük qarnını biruzə verən qırmızı paltarda çıxıb.

Performans zamanı Rihanna əli ilə qarnını tutub, həm də ani hərəkətlər etməməyə çalışıb.
Qeyd edək ki, müğənni ilk dəfə 2022-ci ilin may ayında uşaq dünyaya gətirib.

Ruhəngiz


Xəbər xətti