"Biz üçüncü dünya müharibəsinə imkan verməyəcəyik" - Mask

11:46 - 13 Fevral 2023 - DÜNYA

Elon Mask bildirib ki, Starlink sistemindən Ukraynada eskalasiya üçün istifadə edilməməlidir

Ucnoqta.az xəbər verir ki, bu barədə iş adamı Tvitter hesabında yazıb. “SpaceX”, “Tesla” və “Twitter”in sahibi İlon Mask bildirib ki, “Starlink” peyk rabitə sistemindən Ukraynada münaqişəni gərginləşdirmək üçün istifadə edilməməlidir. 

Mask qeyd edib ki, Starlink Ukrayna üçün “kommunikasiya dayağına” çevrilib. Xüsusilə, internetə qoşulmağın digər yolları məhv edildiyi üçün cəbhə xəttində onun rolu vacibdir.

"Ancaq biz üçüncü dünya müharibəsinə səbəb ola biləcək münaqişənin genişlənməsinə imkan verməyəcəyik" - deyə amerikalı iş adamı söz verib.

Xəbər xətti