Qətər zəlzələdən zərər çəkənlər üçün üzərinə götürdüyü konteyner evlərin ilk hissəsini Türkiyəyə göndərməyə başlayıb.
Ucnoqta.az xəbər verir ki, Qətər İnkişaf Fondunun direktoru Xəlifə bin Casim əl-Kevari Dohada konteyner evlərinin yükləndiyi Beynəlxalq Hamed Limanında mətbuata açıqlama verib və Əmir Şeyx Təmim bin Hamed Al Taninin göstərişi ilə 10 min konteyner Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlər üçün evlərin daşınmasına başlanıldığını bildirib.
Bu gün suya salınacaq ilk yük gəmisi ilə birlikdə 306 konteyner evinin göndəriləcəyini ifadə edən Kevari, qalan hissələrin sürətli daşınması üçün işləri davam etdirdiklərini söyləyib.
Qətər Xarici İşlər Nazirliyi Türkiyə və Suriyada zəlzələdən zərər çəkmiş bölgələrə yardım işləri çərçivəsində 10 min konteyner evinin göndəriləcəyini açıqlayıb.