Səudiyyə Ərəbistanından zəlzələ bölgəsinə göndərilən yardımların hamısı Türkiyəyə çatıb
Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 7 təyyarə və 95 nəfərlik axtarış-xilasetmə qrupu, 55 tibb işçisi və Səudiyyə Qızıl Ayparası, Kral Salmana Yardım Təşkilatının nümayəndələri, humanitar yardım materialları və sanitar avadanlıqdan ibarət heyət Səudiyyə Ərəbistanından yola düşərək zəlzələ bölgəsinə gəlib.
Qeyd edilir ki, son dərəcə yüksək texnologiyalı məhsulları ən qısa zamanda zəlzələ bölgəsinə göndəriləcək.