Rusiyada növbəti zəlzələ baş verib

10:55 - 13 Fevral 2023 - DÜNYA

Sakit okeanda Kuril adaları yaxınlığında 5,5 bal gücündə yeni zəlzələ baş verib.

Ucnoqta.az “İnterfaks”a istinadən xəbər verir ki, baş verən yeraltı təkanlar barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsində məlumat verilib.

Fevralın 13-də səhər saatlarında qeydə alınan zəlzələnin episentri Yujno-Saxalinskdən 682 kilometr şərqdə, Simuşir adasının cənub-qərb ucundan 23 kilometr cənubda olub.

Xəbər xətti