Aİ Rusiyanın dörd bankına sanksiya tətbiq edə bilər

10:33 - 13 Fevral 2023 - DÜNYA

Avropa İttifaqı Rusiyaya qarşı 10-cu sanksiyalar paketi çərçivəsində dörd banka, o cümlədən Alfa-Banka qarşı məhdudiyyətlər tətbiq edə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Politico" qəzeti məlumat yayıb.

Hansı banklara sanksiya tətbiq ediləcəyi barədə məlumat verilmir.

Həmçinin, yeni sanksiya paketinə 130 fiziki və hüquqi şəxs, o cümlədən vəzifəli şəxslər və jurnalistlər daxil edilə bilər.

Bundan əlavə, Aİ Rusiya Federasiyasına yük maşınları, tikinti texnikası və elektrik komponentlərinin ixracına qadağa qoyacaq.

Yeni paketə Rusiya Federasiyasına qarşı sanksiyalardan yayınmaqda şübhəli bilinən BƏƏ-dən olan gəmiçilik şirkəti daxil ola bilər.

Emin

Xəbər xətti