ABŞ amerikalıları Rusiyanı tərk etməyə çağırıb

08:47 - 13 Fevral 2023 - DÜNYA

Rusiyadakı ABŞ vətəndaşlarına səfərbərlik riski səbəbindən təcili olaraq ölkəni tərk etmələri tövsiyə olunur.

Ucnoqta.az xəbər verir ki, bu çağırışı ABŞ-ın Moskvadakı səfirliyi edib.

Diplomatik missiya bildirir ki, Rusiya hakimiyyəti amerikalılara Rusiyada ikili vətəndaşlığın tanınmasından imtina edə, onları ABŞ konsulluq yardımından məhrum edə, həmçinin səfərbərliyə məruz qoya və ölkəni tərk etmələrinə mane ola bilər. “Rusiyada yaşayan və ya bu ölkədə səyahət edən ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər.

Bundan əlavə, səfirlik Ukraynadakı münaqişənin “gözlənilməz nəticələri” səbəbindən həmvətənlərinə Rusiyaya səfərlərdən çəkinməyi tövsiyə edib. 

Xəbər xətti