Qəzzadan İsrailə 4 raket atılıb

08:28 - 13 Fevral 2023 - DÜNYA

Fələstin radikalları bazar ertəsi gecə Qəzza zolağından dörd raket atıblar

Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Buna cavab olaraq İsrail hərbçiləri HƏMAS hərəkatının silah istehsalı kompleksini və bir neçə hərbi postu atəşə tutub. 

Məlumata görə, Qəzza zolağından 4 "yer-hava" raketi atılıb. Üç raket havada partlayıb, biri yaşayış olmayan əraziyə düşüb. 

Xəbər xətti