Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus ABŞ-ın Suriyaya qarşı sanksiyalarının yumşaldılmasını alqışlayıb.
Ucnoqta.az xəbər verir ki, ÜST rəhbəri Dəməşqdə Ümumdünya Səhiyyə Təşkilatının Twitter-də yayımlanan mətbuat konfransında deyib. O, həmçinin Suriya hökumətinin BMT-nin humanitar yüklərin transsərhəd hərəkətini genişləndirmək üçün tədbirləri dəstəkləməsini yüksək qiymətləndirib.
Qebreyesus onu da xatırladıb ki, bazar günü ÜST Suriya və Türkiyədə humanitar əməliyyatlara dəstək üçün 43 milyon dollar ayrılmasına görə beynəlxalq ictimaiyyətə müraciət edib.