Paytaxtda oğul 65 yaşlı anasını döyərək xəsarət yetirib

22:42 - 12 Fevral 2023 - HADİSƏ

Bakının Nəsimi rayonunda oğul anasını döyüb.

Ucnoqta.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində qeydə alınıb.
1957-ci il təvəllüdlü Mustafayeva Afizər Yunis qızı yaşadığı evdə oğlunun işgəncəsinə məruz qalıb. Belə ki, oğlu onu ağac budağı ilə döyüb.

Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Mustafayevaya qapalı kəllə-beyin travması, alın nahiyyəsinin açıq yarası və burun sümüklərinin yer dəyişən sınığı diaqnozu qoyulub.

Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Faktı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Xəbər xətti