İran Ukraynada sonrakı istifadə üçün Rusiyaya yeni növ qabaqcıl uzun mənzilli döyüş PUA-larını qaçaqmalçılıq yolu ilə keçirmək üçün qayıqlardan və dövlət aviaşirkətindən istifadə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Guardian yazır.
Nəşr qeyd edir ki, Rusiya hərbçiləri və texniki mütəxəssislərinin 2022-ci ilin noyabrında Tehrana xüsusi səfərindən sonra İran tərəfi ən azı 18 PUA-nı Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verib.
Nəşr vurğulayır ki, onların arasında 200 km-ə yaxın məsafəni qət edən və hər qanadının altında iki raket daşımaq qabiliyyətinə malik “Mohajer-6” PUA-ları, həmçinin 12 “Şahed 191” və “Şahed 129" pilotsuz uçuş aparatı olub.