Zəlzələnin 159-cu saatında daha bir nəfər xilas edildi

21:01 - 12 Fevral 2023 - DÜNYA

Türkiyənin 10 vilayətində baş verən 7,7 bal gücündə dağıdıcı zəlzələlərdən sonra Hatayda axtarış-xilasetmə işləri davam edir.

Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, xilasedicilər zəlzələnin 159-cu saatında 55 yaşlı qadını xilas ediblər.

Dağıntılar altından çıxarılaraq xəstəxanaya götürülən qadın əl yelləyib, onu xilas edənlərin əlindən tutub.

Xəbər xətti