Çin sahillərində naməlum uçan obyekt tapılıb

19:43 - 12 Fevral 2023 - DÜNYA

Çinin şərqindəki Şandun əyalətinin sahillərində naməlum uçan obyekt (UNO) tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Global Times” “Twitter” səhifəsində yazıb.

Qəzetin yazdığına görə, Qingdao şəhərinin Jimo qraflığının dəniz inkişafı bürosu Rizhao şəhərinin akvatoriyasında naməlum uçan obyektin tapıldığını bildirən bildiriş yayıb.

Vətəndaşlara həmçinin UNO qayığın yanına düşərsə, onun şəklini çəkməyə çağırılıb.

Xəbər xətti