Zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollar ziyan vurub

19:24 - 12 Fevral 2023 - DÜNYA

Fevralın 6-da baş verən zəlzələlər Türkiyə iqtisadiyyatına 84 milyard dollar dəyərində ziyan vurub

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg Sahibkarlar Konfederasiyasının və respublikanın işgüzar dairələrinin nümayəndələrinin hesablamalarına istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyədə 24 mindən çox insanın həyatına son qoyan iki güclü zəlzələnin milli iqtisadiyyata 84 milyard dollardan çox və ya ÜDM-in təxminən 10%-i həcmində itkilərə səbəb olacağı gözlənilir.
Yaşayış binalarına dəyən ziyan 70,8 milyard dollar təşkil edib. Bundan başqa, zəlzələlərin nəticələri ölkə büdcəsinin gəlirlərinin 10,4 milyard dollar azalmasına səbəb olacaq. Daha 2,9 milyard dollar Türkiyə iqtisadiyyatına işçi qüvvəsi itkisinə səbəb olacaq.

Konfederasiyanın hesablamaları digər iqtisadçıların hesablamalarından daha yüksəkdir. Bir çox ekspertlər təbii fəlakətin nəticələrinin yekun nəticələrini ümumiləşdirməyin tez olduğu qənaətindədirlər.

Xəbər xətti