Zelenski Rusiya ilə əlaqəsi olan 200 nəfərə qarşı şəxsi sanksiya tətbiq edib

16:30 - 12 Fevral 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə əlaqəsi olan 200 nəfərə qarşı şəxsi sanksiyaların tətbiqi haqqında fərman imzalayıb.

Ucnoqta.az xəbər verir ki, müvafiq fərman Baş Prokurorluğun rəsmi saytında yerləşdirilib. Bu şəxslərə 50 il müddətinə məhdudiyyətlər tətbiq edilib.

Xüsusilə də Rusiya diplomatı və Putinin xarici siyasət üzrə köməkçilərindən biri olan Yuri Uşakov sanksiya siyahısında olub.

Həmçinin, Zaporejye AES-in “baş direktoru” təyin edilmiş ukraynalı əməkdaş Andriy Çerniçuk da sanksiyalara məruz qalıb.

Xəbər xətti