Türkiyənin 10 əyalətində məktəblər martın 1-dək dayandırılır

16:00 - 12 Fevral 2023 - DÜNYA

Zəlzələdən zərər çəkmiş 10 əyalətdə təhsilə martın 1-dək fasilə verilir

Ucnoqta.az xəbər verir ki, bunu Türkiyənin təhsil naziri Mahmud Özer deyib:

"10 vilayətdə təhsili martın 1-dək dayandırırıq. İlk növbədə, zəlzələ zonası olmayan 71 əyalətdə təhsil davam etdiriləcək. Zəlzələ baş verən 10 əyalətdə valideynlər övladlarını başqa əyalətlərə köçürə biləcəklər. Digər əyalətlərdəki məktəblərin tutumunu artırmaq üçün çalışırıq" - nazir qeyd edib

Xəbər xətti