Hatayda yenidən zəlzələ olub

23:30 - 11 Fevral 2023 - DÜNYA

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda 4,3 bal gücündə zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 7 km dərinlikdə olub.

AFAD-ın məlumatına görə, təbiət hadisəsi Bakı vaxtı ilə 21:20-də qeydə alınıb.

Qeyd edək ki, Hatay şəhərinin Antakya rayonu fevralın 6-da baş verən silsilə güclü zəlzələlərin episentrinə çox yaxın olmasa da, təbii fəlakət zonasında ən çox zərərçəkmiş yaşayış məntəqələrindən biri olub.///qafqazinfo

Xəbər xətti