DYP-nin binasının yanında avtomobillə qadını vurub qaçdı

23:01 - 11 Fevral 2023 - HADİSƏ

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə DYP binasının yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan avtomobil, yolu qarşı tərəfə keçmək istəyən 1995-ci il təvəllüdlü Səma Nağdıyevanı vurub.

Piyada xəstəxəxanaya aparılsa da onun öldüyü məlum olub.

Məlumata görə, həmin şəxs müəllimə olub.

Piyadanı vuran avtomobilin hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti