İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 10 min insanın yaşadığı Tobelo şəhərindən 239 km şimal-qərbdə yerləşib. Mənbə 45 km dərinlikdə yerləşirdi.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.