Tacikistan koronavirus pandemiyası ilə əlaqədar dövlət sərhədində tətbiq edilən bütün məhdudiyyətləri ləğv edib.
Ucnoqta.az “Xovar” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə koronavirus infeksiyasının ölkəyə gətirilməsi və yaranmasının qarşısının alınması məqsədilə epidemiya əleyhinə tədbirlərin gücləndirilməsi üzrə Respublika Qərargahı tərəfindən qərar verilib.
Qərargahın qərarına əsasən, bütün karantin və sanitar məntəqələri normal fəaliyyətə keçsə də, dövlət sərhədindən keçənlərin ümumi sağlamlıqlarına nəzarət davam etdiriləcək. Səhiyyə Nazirliyinə həmçinin respublika əhalisinin hədəf qruplarının peyvəndlənməsinin davam etdirilməsi tapşırılıb.