Rusiya ordusu Ukrayna müharibəsində daha 1140 hərbçisini itirib
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Müharibə başlayandan Rusiya tərəfinin canlı qüvvə itkiləri 136880-a çatıb.
Həmçinin, ötən gün Ukrayna silahlı qüvvələri tərəfindən Rusiya ordusunun 9 tank, 3 zirehli maşın, 19 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 27 PUA, 61 qanadlı raketlər, 8 avtomobil, 3 xüsusi texnika məhv edilib.