Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı artıb

09:57 - 11 Fevral 2023 - DÜNYA

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 20 665-ə çatıb, 80 000-dən çox yaralı var

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. AFAD-ın məlumatına görə, təbii fəlakət nəticəsində 11 əyalətdə 20 665 nəfər ölüb, 80 088 nəfər xilas edilib, 92 697 nəfər fəlakət bölgəsindən təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da saat 04:17-də Türkiyənin Kahramanmaraşın Pazarçık bölgəsində 7,7 bal gücündə zəlzələ baş verib. Fevralın 12-dək Türkiyədə ümummilli matəm elan edilib.

Xəbər xətti