Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Tehrana səfər etməyi planlaşdırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti İran prezidenti İbrahim Rəisiyə İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə təbrikində deyilir.
Lukaşenko qeyd edib ki, İran bugünkü çətin şəraitdə iqtisadi inkişafın sürətli dinamikasını və əhalinin rifahının yüksəlməsini nümayiş etdirərək regionda və dünyada mühüm rol oynayır. “Belarus bütün dövrlərdə İranın yanında olub, dostluğa və bərabərhüquqlu dialoqa sadiq qalıb və əldə olunmuş razılaşmaların həyata keçirilməsinə cavabdeh olub”, - o vurğulayıb.