Azərbaycanlı tələbələr bu binanın dağıntıları altında qalıb - VİDEO

08:12 - 11 Fevral 2023 - HADİSƏ

Zəlzələ nəticəsində Malatyada binanın dağıntıları altında qalan azərbaycanlı tələbələrin axtarışları davam etdirilir.

Ucnoqta.az İTV-yə istinadən xəbər verir ki, xilasedicilər həmin tələbələrin yaşadığı ikinci mərtəbəyə yaxınlaşıblar.
Məlumata görə, xilasedicilər dağıntılar altında 5 nəfərin sağ olduğunu müəyyənləşdiriblər.

Qeyd edək ki, dağıntılar altında qalan azərbaycanlı tələbələr Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadədir.

Xəbər xətti