Qazaxıstanın seysmoloji stansiyalar şəbəkəsi cümə günü respublikanın Rusiya ilə sərhədində 4,4 bal gücündə zəlzələ qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental metodoloji ekspedisiyası məlumat yayıb.
Yeraltı təkanlar Astana vaxtı ilə saat 18:35-də qeydə alınıb. Təbii fəlakətin episentri Alma-Ata şəhərindən 928 km şimal-şərqdə Qazaxıstan və Rusiya sərhəddində yerləşib. Mənbə 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.